Bakıda “Love City” restoranındakı yanğında son vəziyyət
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının mərkəzində, Sahil metrosunun yaxınlığında yanğın baş verib.
Hadisə Üzeyir Hacıbəyli küçəsi, 26b ünvanında yerləşən “Love City” adlı restoranda baş verib. Hadisə yerində olan Baku TV-nin əməkdaşının verdiyi məlumata görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub və yanğın qısa müddətdə söndürülüb.
FHN-dən verilən məlumata görə, üçmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 250 kv.m olan kafenin mətbəxində baş vermiş yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində mətbəxin taxtadan ibarət arakəsmə divarı və dekor yanıb. Yüksək temperaturdan mətbəxin alçipandan ibarət tavanı isə yararsız hala düşüb. Kafenin böyük hissəsi və mənzillər yanğından mühafizə olunub.
#Üzeyir Hacıbəyov küçəsi teqi istifadə olunub
