Pleyeri seçin:

Bakıda məşhur çörək zavodunda dəhşətli qətl | Hökm oxundu

14 dekabr 2024 217 baxış

Bakıxanov qəsəbəsindəki çörək zavodunda iş yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Elşən Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən son prosesdə sənədlərin tədqiqi mərhələsi başa çatdıqdan sonra dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edərək təqsirləndirilən Elşən Məmmədovun 18 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Sonra çıxış üçün söz zərərçəkmişin hüquqi varisi Tahir Salamzadəyə verilib. O, təqsirləndirilən şəxslə barışmadığını və ona ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib. Hakimlər müşavirədən qayıtdıqdan sonra hökm elan edilərək Elşən Məmmədov ona qarşı irəli sürülmüş ittihama görə, tam təqsirli bilindiyi üçün 17 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2024-cü ilin aprelində paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. 1990-cı il təvəllüdlü Etibar Salamzadə işlədiyi “Bakıxanov” çörək zavodunda iş yoldaşı Elşən adlı şəxslə mübahisə edib. Daha sonra hər iki tərəf zavoddan çıxaraq küçədə əlbəyaxa dava ediblər. Elşən Məmmədov Etibar Salamzadəyə iki bıçaq zərbəsi endirib. Etibar Salamzadə yaralı vəziyyətdə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Əlavə edək ki, təqsirləndirilənin ifadəsinə görə, tərəflər arasındakı mübahisəyə səbəb Elşən Məmmədovun Etibar Salamzadəyə “Ətağa sənin atandan yaxşı kişidir” deməsi olub. Bundan sonra Elşən Məmmədovun bu ifadəsinin qarşılığında Etibar Salamzadə də onun atasının ünvanına təhqiramiz ifadələr işlədib.

Baş vermiş hadisə ilə bağlı Elşən Məmmədov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Banner
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 217 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 217 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 217 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 217 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 217 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 217 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 217 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 217 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 217 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 217 baxış
Seçilmişlər
icon