Bakıda müəllimin dəhşətli əməli: hadisə yerindən görüntülər
Yeniliklərdən dərhal xəbərdar olun
2020-ci il oktyabrın 8-i gecə saat 2 radələrində baş verən dava zamanı Tofiq Əlxanov bıçaq zərbələri ilə tanışı Məqatil Zeylanovu qətlə yetirib, Murad Bəhrəmovu isə yaralayıb. Hadisə Müşfiqabad qəsəbəsindəki Mədəniyyət evinin qarşısında baş verib.
Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları cinayəti törədən 37 yaşlı Tofiq Əlxanovu saxlayaraq istintaqa təhvil verib. Onun həmin qəsəbədəki orta məktəbdə idman müəllimi işlədiyi məlum olub.
Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb.
İstintaqla müəyyən edilib ki, oktyabrın 8-i gecə saat 1 radələrində Tofiq Əlxanov Müşfiqabad qəsəbəsində, yaşadığı evdə yatarkən tanışı Məqatil Zeynalov ona zəng edərək onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib. Onu Mikayıl Müşfiq adına parkın yaxınlığına çağırıb. Tofiq mətbəxdəki şkafda saxladığı, kustar üsulla hazırlanmış bıçağı götürərək evdən çıxıb.
Deyilən ərazidə Məqatil Zeynalov və onunla gələn Murad Bəhrəmov, həmçinin digər şəxslərlə görüşüb. Bir qədər sonra aralarında əlbəyaxa dava düşüb. Mübahisənin davamında Tofiq Məqatili bıçaqla qətlə yetirib, Muradı isə yaralayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tofiq Əlxanov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
#Qətl hadisəsi teqi istifadə olunub
- "Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- "Səs-küyə çıxdıq ki..." | Üç tanışın arasında yaranan münaqişə faciə ilə nəticələnib - Baku TV
- Tovuzda tanışlar arasında mübahisə ölümlə nəticələnib - Baku TV CANLI
- Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni təfərrüatları məlum olub - Baku TV CANLI
