Bakıda partlayış oldu, ölən var
Yeniliklərdən dərhal xəbərdar olun
Martın 4-də Bakının Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən təkərdoldurma məntəqəsində partlayış olub, bir nəfər ölüb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dərhal hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb edilib.
Əraziyə baxış zamanı müəyyən edilib ki, vətəndaşa məxsus ümumi sahəsi 32 m² olan təkər təmiri sexində kustar üsulla hazırlanmış hava kompressorunda yanğınla müşayiət olunmayan partlayış baş verib.
Partlayış dalğasının təsirindən sexin dam örtüyü dağılıb və orada işləyən bir nəfər aldığı xəsarətlərdən yerindəcə keçinib. FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Partlayışla bağlı Baş Prokurorluq da məlumat yayıb. Bildirilib ki, təkər təmiri sexində qeydə alınmış hadisə zamanı 41 yaşlı Pərviz Dadaşov dünyasını dəyişib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
#Partlayış teqi istifadə olunub
- Səudiyyə Ərəbistanında hava limanları bağlanıb
- Abşeronda baş verən partlayışın təfərrüatı bilindi - Baku TV
- Maştağada partlayışa görə evə ziyan dəyib, iki nəfər xəsarət alıb
- "Xəbəri olmadan mətbəxə girib, elə o anda..." | Maştağada qorxulu partlayış: 2 nəfər... - Baku TV
- TƏCİLİ: Maştağada fərdi yaşayış evində partlayış baş verdi - Baku TV CANLI
