Pleyeri seçin:

Bakıda qandonduran cinayət | Günlərlə amansız hərəkətlər etdiyi bacısını qətlə yetirdi

28 may 2024 351 baxış

2023-cü il avqustun 2-də Bakı şəhər sakini 1967-ci il təvəllüdlü Azər Əfəndiyev Binəqədi Rayon Polis İdarəsinə gələrək bacısı 58 yaşlı Məlahət Əfəndiyevanı öldürdüyünü bildirib.

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsəsən, Məlahət Əfəndiyevanın ölümünə beyinə qansızma səbəb olub.

İstintaqla müəyyən edilib ki, Azər Əfəndiyev may və iyun aylarında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisələr zamanı mütəmadi bacısı Məlahət Əfəndiyevaya yumruq və təpiklə zərbələr endirərək ona ağır dərəcəli bədən xəsarətləri yetirib.

Bundan başqa, onun bədəninin müxtəlif nahiyələrinə siqaret kötüklərini basmaqla söndürüb. Mütəmadi döyməklə və sair zorakı hərəkətlərlə zərərçəkmişə işgəncə verib.

Növbəti dəfə, avqustun 2-si saat 13:00 radələrində stulda oturmuş Məlahət Əfəndiyevaya yaxınlaşaraq başının sol nahiyəsinə yumruqla ardıcıl, güclü zərbələr endirib. Aldığı zərbələrdən sonra qadın döşəməyə yıxılaraq başı qaz sobasının kənarındakı kafelə dəyib. Bu hərəkəti ilə Azər Əfəndiyev zərərçəkmişi qəsdən həyatdan məhrum edib.

Məhkəmə iclasında Azər Əfəndiyev ittiham üzrə özünü qismən təqsirli bilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Əfəndiyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum olunub.

Banner
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 351 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 351 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 351 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 351 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 351 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 351 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 351 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 351 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 351 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 351 baxış
Seçilmişlər
icon