Pleyeri seçin:
Bakıda qayda pozan sürücü qəza törədib
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda qayda pozan sürücü qəza törədib.
Hadisə Nəsimi rayonunda, "Dostluq" kinoteatrının yaxınlığında baş verib. A.Bakıxanov küçəsi ilə hərəkətdə olan Rizvan Səfərov idarə etdiyi "Tofaş" markalı avtomobillə işıqforun sarı işığında hərəkətini davam etdirib.
Natiq Dadaşovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili isə Azadlıq prospektində işıqforun qırmızı işığından keçib və bu zaman o, "Tofaş"-la toqquşub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu
Kopyalandı
