Pleyeri seçin:

Bakıda qətl | Cinayət törədən ögey ataya hansı cəza verildi?

03 mart 2024 542 baxış

2023-cü ilin fevralın 2-də 14 yaşlı Günay Şadatovanın aldığı bıçaq xəsarətlərindən 3 saylı Şəhər Klinik Xəstəxanasında ölməsi barədə Sabunçu rayon prokurorluğuna məlumat daxil olub.

Günay Şadatova Maştağanın Nizami küçəsində yerləşən boş torpaq sahəsində huşu qismən özündə, sağ böyrü üstə uzanıqlı vəziyyətdə aşkarlanıb. Cinayəti törədən şəxsin hadisə vaxtı istifadə etdiyi ağ rəngli "Hyundai" markalı avtomobilin Kürdəxanı qəsəbəsində, 6 saylı uşaq bağçasının yanında parklanması məlum olub.

Maşında əvvəllər bir neçə dəfə məhkum olunmuş 42 yaşlı Zaur Babayevə məxsus sənədlər, mətbəx bıçağı və qan ləkələri aşkarlanıb. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb.

İstintaqla müəyyən edilib ki, 2019-cu ilin axırlarında Əfsanə qızı Günay ilə birlikdə 14-cü polis bölməsinə gedərək bildirib ki, rəsmi nikahsız yaşadığı Zaur Babayev onlara qarşı intim xarakterli zorakılıq hərəkətləri edib. 2023-cü il yanvarın 28-də Əfsanə 14-cü polis bölməsində ərizə yazaraq hadisə barədə məlumat verib.

Sonra uşaqları ilə birlikdə başqa ünvana köçüb. Zaur isə buna görə qisas almaq qərarına gəlib. Fevralın 1-i saat 22 radələrində zəng edərək Əfsanə və onun birinci nikahdan olan azyaşlı oğlu Muradla Bakı Beynəlxalq Avtovağzalının qarşısında görüşüb. Avtomobildə Əfsanə ilə bir qədər söhbət edəcəklərini deyərək Muradı evə yola salıb. Törətmək istədiyi cinayəti asanlaşdırmaq üçün qadını maşında bıçaqlayıb.

Sonra onu zorla evə aparıb, əl-qolunu bağlayaraq xəsarətlər yetirib, hamama salıb qapını bağlayıb. Muraddan bacısı Günayın yerini öyrənərək həmin evə yollanıb. Yetkinlik yaşına çatmayan qızı anasının yanına aparacağı bəhanəsi ilə aldadaraq avtomobilə əyləşdirib, gecə saat 3 radələrində Maştağanın Nizami küçəsindəki boş əraziyə gətirib.

Qıza əvvəlcə yumruqla xəsarətlər yetirib, ardınca qəddarlıqla təcavüz edib. İşgəncə və xüsusi ağrılar verdiyini anlayaraq halsız vəziyyətdə yerdə qalan qızın baş-boyun nahiyəsinə zərbələr vurub, öləcəyini düşünərək oradan qaçıb. Polisin köməkliyi ilə Günay xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Zərərçəkmiş Əfsanə ifadəsində göstərib ki, 2017-ci ildən Zaurla birlikdə rəsmi nikahsız yaşayıb. 2019-cu ildə Günay anasına atalığının ona təcavüz etdiyini bildirib və bu hal dəfələrlə təkrarlanıb. Bununla bağlı 14-cü bölməyə müraciət edib, Zaur 1 ay müddətinə inzibati qaydada həbs olunub. Həbsxanadan gələndən sonra əməllərini təkrarlayıb.

Qadın yenidən polisə şikayət edəndə isə Zaur sözügedən cinayət əməlini törədib. İş üzrə dindirilən Zaur ətraflı ifadə verməkdən imtina edib. Əfsanə və Günaya qarşı törətdiyi əməlləri təsdiqləyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, ömürlük azadlıqdan məhrum edilib. 

Banner
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 542 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 542 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 542 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 542 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 542 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 542 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 542 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 542 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 542 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 542 baxış
Seçilmişlər
icon