Bakıda qəzalar zamanı işıqforlar sıradan çıxır
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda BMW markalı avtomobil qəza törədib.
Bu barədə görüntüləri Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb. Belə ki, avtomobil işıqfora çırpılıb.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri Ömər Xıdırov bildirib ki, cari ilin əvvəlindən bu vaxta qədər avtomobil qəzaları nəticəsində 19 işıqfor və 1 işıqforun idarəetmə qutusu sıradan çıxıb:
“DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək, yollarda ləngiməni azaltmaq məqsədilə yol polisi ilə mütəmadi olaraq informasiya mübadiləsi aparılsa da, yararsız vəziyyətə düşən işıqforların yenisi ilə əvəz edilməsi bir neçə gün çəkə bilir. Belə hadisələr zamanı və ya texniki səbəblərdən işıqforlarda problem yarandıqda sürücülərdən “Yol hərəkəti haqqında” Qanunun 77-ci maddəsinin tələblərinə əməl etmələri tövsiyə edilir”.
#Avtomobil qəzası teqi istifadə olunub
- İmişlidə minik avtomobilinin aşması nəticəsində bir nəfər həyatını itirib - ƏSAS XƏBƏR
- Minik avtomobili iki yük maşınının arasında qaldı | Rusiyada bədbəxt hadisə - 24 SAAT
- Bərdədə dəhşətli qəza: "İşdə eşitdim ki, maşın..." | Avtomobil evə çırpılıb - Baku TV
- Bakıda avtomobil neft quyusuna düşdü
- Naxçıvanda dəhşətə gətirən ailə faciəsi yaşandı - Baku TV CANLI
