Pleyeri seçin:

Bakıda qısqanclıq zəminində baş verən hadisənin təfərrüatları

21 noyabr 2025 415 baxış

2023-cü il iyulun 30-na keçən gecə Sabunçu Tibb Mərkəzində aldığı bıçaq xəsarətlərindən 26 yaşlı Bəkir Qənbərovun ölməsi barədə 31-ci Polis Bölməsindən Suraxanı Rayon Prokurorluğuna məlumat daxil olub.

Məlum olub ki, ondan başqa xəstəxanaya bıçaq xəsarətləri ilə İmanverdi Quluzadə və Şahin Əhmədov da yerləşdirilib.

Hadisə Suraxanı rayonu Bülbülə qəsəbəsində baş verib. Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb.

İstintaqla müəyyən edilib ki, iyulun 29-u saat 21:00 radələrində İmanverdi Quluzadə əvvəllər qeyri-rəsmi nikah münasibətində olduğu Səbinə Həsənovanın yaşadığı ünvana gəlib. Həmin vaxt mənzilin hamam otağında olan, əvvəllər tanımadığı Bəkir Qənbərovu görüb. Ondan kim olduğunu soruşduqda Bəkir Səbinənin əri olduğunu deyib. Bunu eşidən İmanverdi Səbinənin yalan danışdığını deyərək mübahisə etmədən oradan uzaqlaşıb.

İmanverdi kirayə qaldığı evə qayıdıb və bir müddət sonra dostu Şahinin telefonu ilə Səbinəyə zəng edib və bir qədər danışdıqdan sonra aralarında mübahisə yaranıb. İmanverdi Səbinənin ünvanına nalayiq ifadələr işlətdikdə Bəkir müdaxilə edərək telefonu Səbinədən alıb və söhbətə aydınlıq gətirməsini tələb edib. Bir-birilərinin ünvanına nalayiq ifadələr işlətdikdən sonra İmanverdi Bəkiri Səbinənin qarşısında alçaltmaq məqsədilə saat 23:00 radalərində dostu Şahin və Anarla həmin ünvana qayıdıb. Səbinə qapını açaraq onu içəri buraxmaq istəməsə də, dostu Şahin əli ilə onu kənara itələyib.

Şahin içəri girən kimi başı ilə Bəkirin sifətinə zərbə vurub. Bu zaman Bəkir əlindəki bıçaqla Şahinin qarın nahiyəsinə xəsarət yetirib. Sonuncu yaralı halda evdən küçəyə qaçıb. Bəkir əlində bıçaq Şahinin dalınca qaçanda İmanverdi şalvarından cib bıçağını çıxarıb Bəkirə doğru gedib. Sonra Bəkir qaçıb qonşusunun həyətinə girib. İmanverdi onun arxasınca qaçaraq Bəkirin sinəsinə və qarnına çoxsaylı zərbələr endirib. Sonuncu aldığı xəsarətlərdən xəstəxanada həyatını itirib.

Məhkəmə iclasında İmanverdi Quluzadə və Şahin Əhmədov ittihamlar üzrə özlərini təqsirli bilməyiblər. Zərərçəkmişin hüquqi varisi təqsirləndirilən şəxslərə ən ağır cəza verilməsini xahiş edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə İmanverdi Quluzadə 17 il, Şahin Əhmədov isə 2 il müddətinə azadlıqdan məhrum olunub.

Banner
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 415 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 415 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 415 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 415 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 415 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 415 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 415 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 415 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 415 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 415 baxış
Seçilmişlər
icon