Pleyeri seçin:
Bakıda tank mərmisi aşkarlandı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Binəqədi rayonunda hərbi sursat aşkarlanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb olunub.
Əraziyə baxış zamanı aşkar edilmiş sursatın döyüşə yararlı 1 ədəd 125 mm-lik tank mərmisi olduğu müəyyən edilib. Sursat nazirliyin mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Kopyalandı
#Tank mərmisi teqi istifadə olunub
