Bakıda taxta sexi niyə bağlandı? - FHN təcili tədbir gördü
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, ev 108 ünvanında yerləşən “Sənaye-Tikinti-Təmir” ASC-yə məxsus taxta sexinin fəaliyyəti dayandırılıb.
Bildirilib ki, taxta sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki:
- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb;
- obyektdə qeyri-standart odun sobalarından istifadə olunur;
- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;
- obyektdə yanğın su hovuzu və təxliyə planı mövcud deyil;
- obyekt odsöndürən balonlarla tam təmin olunmayıb;
- taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb;
- obyektin ərazisi yanar tullantılardan təmizlənməyib;
- obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, ev 108 ünvanında yerləşən “Sənaye-Tikinti-Təmir” ASC-yə məxsus taxta sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
#Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) teqi istifadə olunub
- Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV
- Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV CANLI
- SOCAR-ın neft emalı zavodunda şərti yanğın söndürüldü, tapşırıqlar verildi - Baku TV
- Bakıda yaşayış binasında dəhşətə gətirən yanğın baş verdi - Baku TV CANLI
- Bakıda yaşayış binasında qorxulu anlar yaşandı | Hadisə yerindən görüntülər - Baku TV
