Pleyeri seçin:

Bakıda telefon mübahisəsinin faciəvi sonu | Məhkum yenidən hakim qarşısında - Baku TV

02 iyun 2026 212 baxış

Telefonunu qaytarmadığı üçün tanışını bıçaqlayaraq qətlə yetirən keçmiş məhkum Rauf Sadıqovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.

Məhkəmədə ifadəsi dinlənilən və cinayət işində adı keçən Elsevər Cəfərov isə bildirib ki, baş verən cinayət hadisəsi onun yanında olub. O, Raufla Raminin mübahisəsinin mobil telefona görə olduğunu təsdiqləyib. Elsevər Cəfərovun sözlərinə görə, hadisədən bir qədər əvvəl taksidə işıqlandırma üçün mobil telefonunu Raminə verən Rauf onu geri istəyərkən Ramin telefonun onda olmadığını deyib. Rauf isə telefonda ailəsinə aid fotoların olmasını əsas gətirərək bunu özünə təhqir sayıb, ona bıçaq zərbələri endirib. Növbəti proses iyulun 27-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2025-ci ilin dekabrında Xətai rayonu NZS qəsəbəsində baş verib.

Onu da bildirək ki, bu hadisədən öncə isə Rauf Sadıqov Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 dekabr 2020-ci il tarixli hökmünə əsasən 6 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının çəkilməmiş qalan 9 ay 9 gün hissəsini çəkmək üçün məhkəmənin qərarı ilə məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb. Sözügedən hadisə baş verən gün isə o, müəssisədən icazə alıb və saat 19:00-da icazə müddəti başa çatsa da, müəssisəyə qayıtmayıb.

Rauf Sadıqova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 305-ci (azadlıqdan məhrum etmə növündə cəza çəkməkdən boyun qaçırma) maddəsi ilə ittiham irəli sürülüb.

Vəzifəli şəxslərlə bağlı rüşvət qalmaqalı | Cinayət işi başlandı - Baku TV

Vəzifəli şəxslərlə bağlı rüşvət qalmaqalı | Cinayət işi başlandı - Baku TV

Hadisə
03 avqust 2026 212 baxış
Ağdərədə mina partlayışında xəsarətalanların vəziyyəti açıqlandı - Baku TV

Ağdərədə mina partlayışında xəsarətalanların vəziyyəti açıqlandı - Baku TV

Hadisə
03 avqust 2026 212 baxış
Ağdərədə mina partlayışında xəsarətalanların vəziyyəti açıqlandı - ANA XƏBƏR

Ağdərədə mina partlayışında xəsarətalanların vəziyyəti açıqlandı - ANA XƏBƏR

Hadisə
03 avqust 2026 212 baxış
Torpaq sürüşməsi park edilən avtomobillərə ciddi ziyan vurdu

Torpaq sürüşməsi park edilən avtomobillərə ciddi ziyan vurdu

Hadisə
03 avqust 2026 212 baxış
Vəzifəli şəxslər niyə saxlanıldı? - Azərbaycanda qalmaqallı araşdırma - Baku TV

Vəzifəli şəxslər niyə saxlanıldı? - Azərbaycanda qalmaqallı araşdırma - Baku TV

Hadisə
03 avqust 2026 212 baxış
Sahibkarlardan 200 min manat aldıqları iddia edilən şəxslər həbs edildi - Baku TV CANLI

Sahibkarlardan 200 min manat aldıqları iddia edilən şəxslər həbs edildi - Baku TV CANLI

Hadisə
03 avqust 2026 212 baxış
Bakıda eyni yerdə ikinci dəhşət | Torpaq sürüşməsi olan ərazidə niyə tədbir görülməyib? - Baku TV

Bakıda eyni yerdə ikinci dəhşət | Torpaq sürüşməsi olan ərazidə niyə tədbir görülməyib? - Baku TV

Hadisə
03 avqust 2026 212 baxış
Xəzərdə dəhşət: 4 dostun batdığı ərazidə bir ailənin 3 üzvü də həyatını itirdi - Baku TV

Xəzərdə dəhşət: 4 dostun batdığı ərazidə bir ailənin 3 üzvü də həyatını itirdi - Baku TV

Hadisə
03 avqust 2026 212 baxış
Hündürmərtəbəli binada 4 yaşlı oğlanın tükürpərdən sonu | Hadisəyə görün nə səbəb oldu - Baku TV

Hündürmərtəbəli binada 4 yaşlı oğlanın tükürpərdən sonu | Hadisəyə görün nə səbəb oldu - Baku TV

Hadisə
03 avqust 2026 212 baxış
İrandan Almaniyaya gedən yük maşını Naxçıvanda saxlanıldı - Baku TV CANLI

İrandan Almaniyaya gedən yük maşını Naxçıvanda saxlanıldı - Baku TV CANLI

Hadisə
03 avqust 2026 212 baxış
Seçilmişlər
icon