Bakıda toqquşan avtomobillərdən biri yanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Nərimanov rayonunda 2 nəqliyyat vasitəsi toqquşub, onlardan biri yanmağa başlayıb.
Hadisə Təbriz küçəsində baş verib. Məmmədov Abdulla Akif oğlu idarə etdiyi “Lada Priora” markalı minik avtomobili işıqforun qırmızı işığından keçib.
Bu zaman onun avtomobili əks yoldan gələn "Audi" markalı nəqliyyat vasitəsinə çırpılıb.
Zəbənin təsirindən “Audi” bir neçə metr irəliyə doğru gedərək ağaca çırpılıb. Daha sonra “Audi” yanmağa başlayıb.
Əraziyə FHN-in Yanğından Mühafizə Xidmətinin 2 briqadası və Nərimanov Rayon Dövlət Yol Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Yanan avtomobil söndürülüb, digər nəqliyyat vasitələri və ətrafda olan obyektlər yanğından mühafizə olunub.
Hadisə zamanı xəsarət alan olmayıb. Avtomobillərə isə ciddi ziyan dəyib.
Hadisənin təfərrüatı araşdırılır.
Kamil Əmirli
Elşad Mətləboğlu
