Pleyeri seçin:

Bakıda vəzifəli şəxslər həbs olundu | Baş Prokurorluq məlumat yaydı

28 oktyabr 2024 461 baxış

Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 və 308.2-ci maddələri ilə başlanmış cinayət işi üzrə “Fruit Yard” və Fruit City Group” MMC-ləri tərəfindən ümumilikdə 18,5 milyon ABŞ dollarından artıq pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Süleymanov Anar Aydın iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddələrlə ona ittiham elan edilib və barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Əlavə olunub ki, Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1 və 308.2-ci maddələri ilə başlanmış cinayət işi üzrə “TMYB” MMC tərəfindən ümumilikdə 130 min ABŞ dolları pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Nəsirov Hacı Səttar oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Diqqətə çatdırılıb ki, Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə “EA-Fruits” MMC tərəfindən ümumilikdə 30,4 milyon ABŞ dollarından artıq pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Məmmədov Adil Nüsrət oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddə ilə ona ittiham elan edilib və barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Quba Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2, 308.2 və digər maddələri ilə başlanmış cinayət işi üzrə “ART GREEN” MMC tərəfindən ümumilikdə 1,3 milyon ABŞ dollarından artıq məbləğdə pul vəsaitini vəzifə səlahiyyətlərindən sui-istifadə edib Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Əliyev Rəşid Elşad oğlu, Abbasov Ceyhun Şakir oğlu və Əhmədov Elməddin Məhəmməd oğlu cinayət işi üzrə sadalanan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilib və onların hər biri barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Banner
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 461 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 461 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 461 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 461 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 461 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 461 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 461 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 461 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 461 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 461 baxış
Seçilmişlər
icon