Pleyeri seçin:
Bakıda yük və minik avtomobilləri toqquşub
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Binəqədi rayonunda 2 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Qəza Şövkət Məmmədova küçəsində qeydə alınıb.
"Mercedes" markalı nəqliyyat vasitəsi işıqforu keçdikdən sonra dönmə əməliyyatı etmək istəyib. Bu zaman eyni istiqamətdə hərəkətdə olan və Mətləb Ağakişiyevin idarə etdiyi "Ford" markalı yük avtomobili ona çırpılıb.
Hadisə zamanı xəsarət alan olmayıb. Avtomobillərə isə ciddi ziyan dəyib.
Əraziyə Binəqədi Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb olunub.
Hadisənin təfərrüatı araşdırılır.
Kamil Əmirli
Elşad Mətləboğlu
Kopyalandı
