Bakıdakı qandonduran hadisənin təfərrüatı | 25 bıçaq zərbəsi ilə...
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtda anasını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Qaradağ rayon sakini Kamran Şükürzadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkənlər dindirilib.
Qeyd edək ki, zərərçəkən şəxs qismində Kamran Şükürzadənin atası və bacısı ifadə verib.
Xatırladaq ki, hadisə 2024-cü il iyulun 20-də saat 7 radələrində Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində baş verib.
İstintaqla müəyyən edilib ki, 1991-ci il təvəllüdlü Kamran Şükürzadə ötən ilin iyulunda birlikdə yaşadığı anası, 1967-ci il təvəllüdlü Aybəniz Şükürova ilə ailədaxili münaqişə edib. Anası oğlunun tüfeyli həyat tərzi yaşamasına irad bildirib.
Kamran Şükürzadə yaranan münaqişədən hiddətlənərək anasını xüsusi amansızlıqla öldürmək qərarına gəlib. Evin həyətində təmizlik işləri görən zaman oğul anasına yaxınlaşaraq ümumilikdə 25 bıçaq zərbəsi vuraraq onu xüsusi amansızlıqla qətlə yetirib.
Daha sonra Kamran Şükürzadə könüllü şəkildə polisə təslim olub və şübhəli şəxs qismində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
#Qaradağ rayonu teqi istifadə olunub
- Qaradağ rayonunda baş verən qətl işi üzrə məhkəmə istintaqı başa çatıb - Baku TV
- Qaradağda məktəb direktorunun avtomobilini yandıran kim imiş? - DİN-dən məlumat - Baku TV
- "Kiminsə haqqı yoxdur ki, ona elə davransın" | Yeddinci mərtəbədən iti atdı, sonra isə... - Baku TV
- Bakıda ağır qəza: “Mercedes” yol kənarında dayanan “Kamaz”a çırpıldı - Baku TV
- Qaradağda illik milyonlarla paket kağız məhsulları istehsal olunacaq - Baku TV
