Baş Prokurorluq Azərbaycana qaytarılan vəsaitlə bağlı məlumat yaydı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracından əldə etdiyi 92,4 milyon manatdan artıq vəsait ölkəyə qaytarılıb.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakı şəhərinin Nizami, Qaradağ və Binəqədi rayon prokurorluqları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bəzi sahibkarlıq subyektlərinin xarici ölkələrə ixrac olunan kənd təsərrüfatı məhsullarının alqı-satqısından əldə etdikləri pul vəsaitlərinin 54,4 milyon ABŞ dollarından artıq, yəni 92,4 milyon manatdan çox hissəsinin ölkəyə müvəkkil edilmiş bank hesabına qaytarılması təmin edilib.
Xatırladaq ki, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycana qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olan məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.
#Baş Prokurorluq teqi istifadə olunub
- İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi
- Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV
- Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb | Şübhəli şəxs həbs edilib - Baku TV
- Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - 24 SAAT
- Dövlət əleyhinə çağırış edənlər qlobal axtarışa verildi - Baku TV
