Baş Prokurorluqdan AZAL təyyarəsinin qəzası ilə bağlı hansı məlumatlar verildi?
Yeniliklərdən dərhal xəbərdar olun
Aktauda AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı cinayət işi açılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin Aktauda qəzaya uğraması faktı ilə bağlı Cinayət Məcəlləsinin hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma – ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda və səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda maddələri ilə cinayət işi açılıb və ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
Cinayət işinin istintaqı ilə bağlı Baş Prokurorluqda yaradılmış istintaq qrupunun üzvləri Baş prokurorun müavini Elmar Camalovun rəhbərliyi ilə Qazaxıstana ezam olunub. Habelə Azərbaycan Baş Prokurorluğu tərəfindən iş üzrə müvafiq istintaq və digər zəruri prosessual hərəkətlərin icra olunması məqsədilə Qazaxıstanın Baş Prokurorluğuna Beynəlxalq hüquqi yardım haqqında vəsatət göndərilib.
Qəzanın səbəblərinin araşdırılması və təxirəsalınmaz tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə tədbirlər icra olunur.
Baş Prokurorluq təyyarə qəzası nəticəsində həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verərək, yaralananların tezliklə şəfa tapmasını arzulayır.
#Baş Prokurorluq teqi istifadə olunub
- İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi
- Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV
- Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb | Şübhəli şəxs həbs edilib - Baku TV
- Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - 24 SAAT
- Dövlət əleyhinə çağırış edənlər qlobal axtarışa verildi - Baku TV
