Pleyeri seçin:
Baxıb gördüm ki, evin içi alovlanır | Zaqatalada güclü yanğın
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 22-si Zaqatalanın Qımır kəndində yanğın baş verib.
Elnur Səmədova məxsus kürsülü ikiotaqlı fərdi yaşayış evində baş verən yanğının söndürülməsi üçün hadisə yerinə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib.
Yanğın nəticəsində evin 70 kv/m-lik hissəsinin yanar konstruksiyaları və ev əşyaları tamamilə yanıb. Xəsarət alan olmasa da, ev sahibinə xeyli ziyan dəyib.
“Baxıb gördüm ki, evin içi alovlanır. Otaqda sənədlər var idi, hamısı yandı. Heç nə çıxara bilmədik”, – hadisə barədə danışarkən Elnur Səmədov deyib.
Yanğın zamanı eyni həyətdə olan digər yaşayış binası və köməkçi tikili yanğından mühafizə olunub. Faktla bağlı araşdırma aparılır.
Kopyalandı
#Zaqatala teqi istifadə olunub
- Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV
- Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI
- “Kilosunda heç 20 qəpik xeyir qalmır” | Zaqatalalı fermerlər çıxılmaz durumda - Baku TV
- Cəlilabad və Zaqatalada heyvan bazarlarının fəaliyyətinə icazə verildi - Baku TV
- Bu kəndə giriş kimlər üçün bağlıdır? - KƏNDİNƏ QAYIT
