Bədbəxt hadisənin qurbanı olan qaziyə görə cinayət işi başlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Zaqatala rayon Axaxdərə kənd sakini Meşləş kəndi yaxınlığında, yüksək dağlıq ərazidə Əlibəy yüksəkliyi adlanan yerdə bəxbəxt hadisə nəticəsində həyatını itirib.
Belə ki, 32 yaşlı Hüseyn Məmmədov 38 yaşlı dayısı oğlu Murad Nurçiyevlə birlikdə Murad Nurçiyevin işlədiyi Zaqatala Hava Məlumatı Ötürücü Stansiyasına gedərkən yolda ehtiyatsızlıqdan yıxılıb. Bu zaman Hüseyn Məmmədovun əlində olan ov tüfəngindən atəş açılıb.
Hadisə nəticəsində Hüseyn Məmmədov aldığı ağır yaradan hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, Hüseyn Məmmədov Füzuli, Cabrayıl və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlanılıb, daha dəqiq səbəblər araşdırmalardan sonra məlum olacaq.
#Zaqatala teqi istifadə olunub
- Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV
- Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI
- “Kilosunda heç 20 qəpik xeyir qalmır” | Zaqatalalı fermerlər çıxılmaz durumda - Baku TV
- Cəlilabad və Zaqatalada heyvan bazarlarının fəaliyyətinə icazə verildi - Baku TV
- Bu kəndə giriş kimlər üçün bağlıdır? - KƏNDİNƏ QAYIT
