Bərbərin bədənində kəsmədiyi yer qalmadı | Bakıdakı cinayətin təfərrüatı
Yeniliklərdən dərhal xəbərdar olun
2022-ci il dekabrın 16-da Bakının Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 174 ünvanında yerləşən kişi salonunda paytaxt sakini İlkin Qurbanlının meyiti aşkar edilib. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayəti törədən İsmayıllı rayon sakini, 1994-cü il təvəllüdlü İsmət Qədirov saxlanılıb.
İstintaqla müəyyən edilib ki, oktyabrın 1-də aralarında yaranan mübahisədən sonra İsmət Qədirov İlkin Qurbanlının ortaq tanışlarının yanında onun barəsində nalayiq ifadələr işlətməsini düşünüb. Bunu bəhanə edən İsmət dekabrın 16-sı saat 13 radələrində salona gələrək, üzərindəki mətbəx bıçağı ilə İlkinə zərbələr vuraraq, onu öldürüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmət Qədirov 16 il müddətinə azadlıqdan məhrum edilib.
#Qətl hadisəsi teqi istifadə olunub
- "Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- "Səs-küyə çıxdıq ki..." | Üç tanışın arasında yaranan münaqişə faciə ilə nəticələnib - Baku TV
- Tovuzda tanışlar arasında mübahisə ölümlə nəticələnib - Baku TV CANLI
- Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni təfərrüatları məlum olub - Baku TV CANLI
