Bərdədə ər-arvad dəm qazından zəhərləndi | 18 yaşlı qızın ölümü şübhə doğurdu - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Bərdə rayonunun Əliyanlı kəndində fərdi yaşayış evində iki nəfər dəm qazından zəhərlənib.
Belə ki, 21 yaşlı Kənan İmaməliyev və həyat yoldaşı 18 yaşlı Pərvanə Hüseynova yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onlar dərhal xəstəxanaya çatdırılıblar. Lakin həkimlərin səylərinə baxmayaraq, Pərvanə Hüseynovanın həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun yaxınları hadisə ilə bağlı şübhəli məqamların olduğunu iddia edirlər.
Pərvanə Hüseynovanın anası Şəlalə Hüseynova qızının ölümü ilə bağlı bəzi iddialar səsləndirib. Ana bildirib ki, qızı hadisədən əvvəl ona zəng edərək pul istəyib:
“Qızım “ana, mənə pul göndər, gəlirəm” dedi. Mən də pulu göndərdim. Bir neçə dəfə də zəng etdim, düşündüm ki, yəqin nəsə olub”.
Şəlalə Hüseynovanın sözlərinə görə, qızı evə gəldikdən sonra həyat yoldaşı ilə arasında baş verənləri ona danışıb:
“Gələndə gecə zəng etməyə qorxduğunu söylədi. Yoldaşı qayçını qızımın boğazına dirəyib, “getsən, səni öldürəcəyəm” deyib”.
Mərhumun anası bildirib ki, gecə qızının qaynından zəng gəlib və ona Pərvanə ilə Kənanın zəhərləndiyi deyilib:
“Mənə dedi ki, tez özünü xəstəxanaya çatdır. Xəstəxanaya çatanda isə gördüm ki, uşaq artıq morqdadır”.
Şəlalə Hüseynova qızının telefonundakı məlumatların silindiyini də iddia edib:
“Telefonda heç nə saxlamayıblar. “WhatsApp”da hər şeyi siliblər. Hamısından şikayətçiyəm”.
Qeyd edək ki, Kənan İmaməliyevin müalicəsi xəstəxanada davam etdirilir. Onun vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
#Bərdə teqi istifadə olunub
- Bərdədə 26 yaşlı oğlan amansızlıqla öldürüldü - Baku TV CANLI
- Bərdədə qanlı mübahisə | 26 yaşlı şəxs bıçaqlanaraq öldürülüb - Baku TV
- “Çox acınacaqlı vəziyyətdəyik” | Əkin sahələri susuzluqdan məhv olan sakinlər şikayətçidir - Baku TV
- Bərdədə dəhşətli qəza: "İşdə eşitdim ki, maşın..." | Avtomobil evə çırpılıb - Baku TV
- Bərdədə dəhşətli faciə | Açıq naqildəki elektrik cərəyanı can aldı - Baku TV
