Pleyeri seçin:
Bərdədə evi ildırım vurdu, yanğın oldu
Bərdə rayonunda fərdi yaşayış evini ildırım vurub. Hadisə rayonun Vəliuşağı kəndində qeydə alınıb.
Nəticədə Laçın rayon sakini Rəcəb Məmmədova məxsus, ümumi sahəsi 30 kvadratmetr olan, kürsülü birmərtəbəli evdə yanğın olub.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Bərdə Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib.
Yanğın zamanı evin dam örtüyünün yanar konstruksiyaları, otaqlardan biri isə əşyaları ilə birlikdə tamamilə yanıb.
Yanğın nəticəsində evə dəymiş ziyanla bağlı təhqiqat işi aparılır.
Kopyalandı
#Bərdə teqi istifadə olunub
- “Çox acınacaqlı vəziyyətdəyik” | Əkin sahələri susuzluqdan məhv olan sakinlər şikayətçidir - Baku TV
- Bərdədə dəhşətli qəza: "İşdə eşitdim ki, maşın..." | Avtomobil evə çırpılıb - Baku TV
- Bərdədə dəhşətli faciə | Açıq naqildəki elektrik cərəyanı can aldı - Baku TV
- "Oğurlanıbsa, niyə sərfiyyat göstərir?" | Bərdədə sayğaclar kimin qəzəbinə gəlib? - Baku TV
- Bərdədə bədbəxt hadisə | 59 yaşlı kişi kanalda batdı - Baku TV
