Pleyeri seçin:

Beynəlxalq axtarışda olan azərbaycanlılar ölkəyə gətirildi | Baş Prokurorluq

24 sentyabr 2024 415 baxış

Beynəlxalq axtarışda olan altı şəxsin ölkəmizə ekstradisiyası təmin edilib. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Məlumata görə, “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 7 oktyabr 2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşları – Həbibov Orxan Afiq oğlu, Şirinov Elcan Akif oğlu, Süleymanov Zülfüqar Vahid oğlu, Vəliyev Arif Rasim oğlu və Səlimov Pərviz Rzavan oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Bundan başqa, “Ekstradisiya haqqında” Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşı Sadıqov Elmar Nadir oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən təmin edilib.

Həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.

Elmar Sadıqov Gürcüstan ərazisində saxlanılaraq sentyabrın 17-də, digər qeyd olunan şəxslər Rusiya ərazisində saxlanılaraq sentyabrın 23-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

Banner
Qazaxda məktəbli həmkəndlisini kürəyindən bıçaqlayaraq xəstəxanalıq etdi - Baku TV CANLI

Qazaxda məktəbli həmkəndlisini kürəyindən bıçaqlayaraq xəstəxanalıq etdi - Baku TV CANLI

Hadisə
05 noyabr 2026 415 baxış
Ailə faciəsinin arxasında nə dayanır? | Özünə də atəş açan şəxsin məhkəmə prosesi - Baku TV

Ailə faciəsinin arxasında nə dayanır? | Özünə də atəş açan şəxsin məhkəmə prosesi - Baku TV

Hadisə
05 noyabr 2026 415 baxış
Qazaxda mübahisə qanla bitdi | Səməd Vurğunun qohumu niyə bıçaqlandı? - Baku TV

Qazaxda mübahisə qanla bitdi | Səməd Vurğunun qohumu niyə bıçaqlandı? - Baku TV

Hadisə
05 noyabr 2026 415 baxış
Goranboyda bədbəxt hadisə | Şəhid anasının ölüm səbəbi nədir? - Baku TV

Goranboyda bədbəxt hadisə | Şəhid anasının ölüm səbəbi nədir? - Baku TV

Hadisə
05 noyabr 2026 415 baxış
“Elə ağılsız, qansız biri deyildi” | Qorxunc hadisə: 88 yaşlı qadın niyə canından oldu? - Baku TV

“Elə ağılsız, qansız biri deyildi” | Qorxunc hadisə: 88 yaşlı qadın niyə canından oldu? - Baku TV

Hadisə
04 noyabr 2026 415 baxış
Gəncədə görənləri dəhşətə gətirən hadisə - Baku TV CANLI

Gəncədə görənləri dəhşətə gətirən hadisə - Baku TV CANLI

Hadisə
04 noyabr 2026 415 baxış
ADSEA-da 3 milyonluq yeyinti | Sabiq vəzifəli şəxs hakim qarşısında - Baku TV

ADSEA-da 3 milyonluq yeyinti | Sabiq vəzifəli şəxs hakim qarşısında - Baku TV

Hadisə
04 noyabr 2026 415 baxış
Sumqayıtdakı ağır qəzanın şahidi gördüklərini danışdı - Baku TV CANLI

Sumqayıtdakı ağır qəzanın şahidi gördüklərini danışdı - Baku TV CANLI

Hadisə
04 noyabr 2026 415 baxış
Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV

Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV

Hadisə
04 noyabr 2026 415 baxış
KRİMİNAL sənədli xronika | Hər həftənin cümə günü Baku TV-nin "Youtube" kanalında

KRİMİNAL sənədli xronika | Hər həftənin cümə günü Baku TV-nin "Youtube" kanalında

Hadisə
03 noyabr 2026 415 baxış
Seçilmişlər
icon