Biləcəridə evlərin bünövrəsi niyə çökdü? | Qurumdan açıqlama - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhərinin Biləcəri qəsəbəsində fərdi yaşayış evlərinin bünövrəsi çöküb.
Hadisə Tomris məhəlləsində qeydə alınıb.
Məlumata görə, sözügedən mənzillər magistral kanalizasiya kollektorunun üzərində inşa edilib. Son günlər davam edən yağıntılı hava şəraiti səbəbindən kollektorda suyun səviyyəsi yüksəlib və nəticədə ərazidə çökmə baş verib.
“Yaxşı ki, bizi oyadıb çölə çıxartdılar. Gecə orada yatsaydıq, ölüb gedəcəkdik. Nəinki evdə yatmaq, həyətdə oturmaq belə olmazmış. Torpaqlar ovulub gedir”, – deyə ev sahiblərindən biri söyləyib.
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, həmin evlər uzun illər əvvəl tikilib.
Qeyd edək ki, hazırda Tomris küçəsində çökmüş kollektor sisteminin yenisi ilə əvəz edilməsi istiqamətində işlər davam etdirilir.
#Biləcəri teqi istifadə olunub
- Biləcəri sakinin torpaq sahəsini kimlər bataqlığa çevirib? - Baku TV
- Xudadat bəy Məlik-Aslanov küçəsinin sakinləri problemlərinin həll edilməsini istəyir
- “Uşaqlarımız əziyyət çəkir, təcili yardım gəlmir” | Biləcəri sakinləri kömək gözləyir - Baku TV
- Biləcəri qəsəbəsinin sakinləri narahatlıq keçirir
- "Arxasında qaz borusu var" | Sakin qurumuş ağacların yaratdığı təhlükədən danışdı - Baku TV
