Biləcəridəki yanğınla bağlı son vəziyyət
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində açıq sahədə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin səyi ilə yanğın geniş əraziyə yayılmasına imkan verilmədən 20 dəqiqə müddətində məhdudlaşdırılmaqla qısa müddətdə tam söndürülüb. Yanğın nəticəsində təxminən 1,5 hektar sahədə quru ot, kol-kos və dəmiryolu şpalları yanıb. Ətraf ərazilər, o cümlədən yaxınlıqdakı tikililər və kommunikasiya xətləri yanğından mühafizə edilib. Xəsarət alan olmayıb.
#Biləcəri teqi istifadə olunub
- Xudadat bəy Məlik-Aslanov küçəsinin sakinləri problemlərinin həll edilməsini istəyir
- “Uşaqlarımız əziyyət çəkir, təcili yardım gəlmir” | Biləcəri sakinləri kömək gözləyir - Baku TV
- Biləcəri qəsəbəsinin sakinləri narahatlıq keçirir
- "Arxasında qaz borusu var" | Sakin qurumuş ağacların yaratdığı təhlükədən danışdı - Baku TV
- Biləcəri qəsəbəsində yoxa çıxan dayanacaq problemi | AYNA məsələyə münasibət bildirdi - Baku TV
