Biləsuvarda dəhşət | İki yük avtomobili eyni vaxtda aşdı
Yeniliklərdən dərhal xəbərdar olun
Biləsuvar rayonunda eyni ərazidə iki yük avtomobili aşıb.
Hadisə köhnə Ələt-Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində baş verib.
Naxçıvana yanacaq daşıyan sürücü Sərvər Həsənovun idarə etdiyi dizel yüklü avtomobil yoldan çıxaraq aşıb. Sürücü yüngül xəsarət alsa da, yük avtomobilində olan yanacağın bir hissəsi yol kənarına dağılıb.
Maraqlısı odur ki, eyni ərazidən bir neçə yüz metr kənarda da qəza baş verib. Tikinti materialları daşıyan Biləsuvar sakini Atakişi Fərəclinin idarə etdiyi avtomobil də yol kənarına aşıb.
Baş Dövlət Yol Polisi İdarəsindən isə şifahi olaraq bildirilib ki, qeyd olunan ərazidə təmir-tikinti işləri ilə əlaqədar hərəkətin təşkili, o cümlədən müvəqqəti yol nişanlarının quraşdırılması aidiyyəti qurum tərəfindən aparılır. Bununla yanaşı, sözügedən yolda Dövlət Yol Polisi əməkdaşları dislokasiya üzrə sutkalıq xidmət aparır və zəruri qabaqlayıcı tədbirlər görür.
“Bir daha sürücülərdən mövcud şəraiti düzgün qiymətləndirmək, təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur”, – deyə məlumatda bildirilib.
#Biləsuvar teqi istifadə olunub
- Biləsuvarda toy mərasimindən sonra qohumlar arasında bıçaqlı dava faciə ilə bitdi - Baku TV CANLI
- Biləsuvarda şadlıq sarayında dəhşətli hadisə - Baku TV
- "Heç kimlə problemi yox idi..." | Biləsuvarda qohumlar arası dava faciəyə çevrildi - Baku TV
- Biləsuvarda qanlı hadisə | 26 yaşlı kənd sakini davanın qurbanı oldu - Baku TV CANLI
- Biləsuvarda qorxulu hadisə | Məclisə gələn insanlar niyə xəstəxanalıq oldu? - Baku TV CANLI
