Binəqədidəki partlayışla bağlı yeni açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda mebel sexindəki partlayışla bağlı cinayət işi açılıb.
Bu barədə Baş Prokurorluğun idarə rəisi Orxan Rzayev məlumat verib.
Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma –ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq –ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq Baş prokurorun müvafiq qərarına əsasən, prokurorluq və Fövqəladə Hallar Nazirliyinin peşəkar müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılıb, istintaqın aparılması Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinə həvalə olunub.
Partlayışın səbəbinin, dəymiş ziyanın həcminin, həmçinin iş üzrə əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi üçün müvafiq ekspertizalar təyin edilib. Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
#Mebel sexi teqi istifadə olunub
- Binəqədidə yanğın baş verən ərazidən son görüntülər - Baku TV
- Külək yanğının söndürülməsinə mane olur | FHN hadisə yerində - Baku TV
- Binəqədidə yanğın hadisəsi | Baku TV hadisə yerində - Baku TV
- Binəqədi rayonu, ərazisində mebel sexində yanğın baş verib - Baku TV
- Mebel sexində yanğın | Baku TV hadisə yerində - Baku TV CANLI
