Pleyeri seçin:

Bir il əvvəl törədilən müəmmalı qətlin üstü açıldı

01 sentyabr 2023 91 baxış

2022-ci il iyulun 18-də Binəqədi Rayon Polis İdarəsindən Biləcəri qəsəbəsində 1983-cü il təvəllüdlü Şəmiddin Quluyevin qətlə yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. "Eurohome" ticarət mərkəzində yerləşən mağazalardan birində baş verən cinayəti törədən Vüsal və Rafael Yusubovlar Nərimanov Rayon Polis İdarəsinə könüllü təslim olublar.

Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibb ekspertizasının rəyinə görə, Şəmiddin Quluyevə 8 bıçaq zərbəsi endirilib. İstintaq zamanı məlum olub ki, iyulun 13-də Vüsal Yusubov vəfat etmiş nənəsi Bahar Yusubovanın yas mərasimində qardaşı Rafaellə birlikdə iştirak edərkən, əmisi Oqtay Yusibovun qaynı Şəmiddin Quluyev onlara tərs baxıb. Bundan hiddətlənən Vüsal ayın 17-də, Nərimanov rayonunda yaşadığı evdə olanda Rafaelə Şəmiddini öldürməyi təklif edib. Qardaşı razılığını verdikdən sonra növbəti gün, saat 14 radələrində Biləcəri qəsəbəsində yerləşən ticarət mərkəzinə gediblər. Vüsal Yusubov içəri daxil olaraq Şəmiddin Quluyevə yaxınlaşıb və mətbəx bıçağı ilə ona çoxsaylı zərbələr endirib. Bu zaman Rafael də dükana daxil olaraq, ölümünü tezləşdirməkdən və müqavimətini qırmaq üçün yerə yıxılan Şəmiddinin çiynini sıxıb saxlayıb. Bundan istifadə edən Vüsal ona daha bir zərbə vuraraq hadisə yerindən qaçıblar.

Həmin gün saat 14:50-də Şəmiddin Quluyev Respublika Kliniki Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsində ölüb.

İş üzrə dindirilən Vüsal Yusubov bildirib ki, Nərimanov rayonunda 2 fərdi yaşayış evi var. Həmin evlər nənəsi Bahara məxsus olub. 2021-ci ilin dekabr ayında aralarında baş verən münbahisədən sonra anası evdən çıxaraq, öz bacısı ilə kirayədə qalıb. Orta məktəb vaxtlarından qardaşı ilə narkotik vasitə – marixuanadan, son illər isə metamfetamindən istifadə ediblər. Müxtəlif vaxtlarda Psixatriya Xəstəxanasında və Narkoloji Mərkəzdə müalicə alıblar. Nənələri vəfatından əvvəl 2 evini ona və qardaşına vəsiyyət edib. Bu isə əmisi və onun ailə üzvlərinin düşmənçilik etməsinə səbəb olub.

Qeyd edək ki, istintaq hərəkəti aparılarkən cinayətin aləti olan bıçaq tapılmayıb.

Məhkəmə iclasında Vüsal və Rafael Yusubov qardaşları ibtidai istintaqda verdikləri ifadələrini təsdiq edərək, prosesdə ifadə verməkdən və sualları cavablandırmaqdan imtina ediblər. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxlərə ömürlük cəza verilməsini xahiş edib.

Məhkəmə qənaətə gəlib ki, Vüsal və Rafael Yusubovların Cinayət Məcəlləsinin qrup halında qəsdən adam öldürmə və xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Vüsal Yusubov 18 il, Rafael Yusubov 17 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar.  

Banner
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 91 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 91 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 91 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 91 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 91 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 91 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 91 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 91 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 91 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 91 baxış
Seçilmişlər
icon