Bir yataqda sevgi və cinayət | Qadına cəhənnəmi yaşadan keçmiş ərin sonu - SONUNCU ŞAHİD
Yeniliklərdən dərhal xəbərdar olun
Ər keçmiş həyat yoldaşını vəhşicəsinə qətlə yetirib.
Belə ki, Bahar Nəsirova (ad və soyadlar şərtidir) və Əhliman İmanov bir-birlərini sevərək ailə qursalar da, bir müddət sonra aralarındakı narazılıq səbəbindən boşanıblar.
Boşandıqdan sonra Bahar şəxsi evində yaşamağa davam edib, Əhliman isə ailəsinin yanına qayıdıb.
Günlərin birində Bahar həmişəki kimi işdən evə qayıdır. Rəfiqəsi ilə danışarkən ona keçmiş həyat yoldaşının evinin ətrafında dolandığını, içəri girməyə çalışdığını və onu qorxutduğunu deyir.
Növbəti gün Bahar işə gedərkən Əhliman qəflətən onun evinə gəlməyə qərar verir. O, əvvəlcə evi kənardan izləyir, sonra isə qapını açmağa çalışır.
Nəhayət, evə daxil olaraq bir müddət içəridə gəzişir və çarpayıya uzanır. Bahar evə gələndə isə gecəyarısı qəfil peyda olaraq onu vəhşicəsinə qətlə yetirir və hadisə yerindən qaçır.
#Qətl hadisəsi teqi istifadə olunub
- "Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- "Səs-küyə çıxdıq ki..." | Üç tanışın arasında yaranan münaqişə faciə ilə nəticələnib - Baku TV
- Tovuzda tanışlar arasında mübahisə ölümlə nəticələnib - Baku TV CANLI
- Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni təfərrüatları məlum olub - Baku TV CANLI
