Pleyeri seçin:

Birlikdə yaşadığı qadını əxlaqsız deyib qətlə yetirdi | Hökm oxundu

19 fevral 2024 431 baxış

Qeyri-rəsmi nikahda yaşadığı qadını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Yevlax rayon sakini Teymur Məmmədova hökm oxunub.

Məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə baş tutub. Hökmə əsasən, Teymur Məmmədov 18 il müddətinə azadlıqdan məhrum edilib. Prokuror Eldar Həmzə məhkəmədən təqsirləndirilən şəxsin 19 il 2 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttiham aktına əsasən, Teymur Məmmədov xəyanət etməsinə, əxlaqsız həyat tərzi keçirməsinə, habelə narkotik vasitələrdən istifadə etməsinə dair əsassız şübhələrini bəhanə edərək qeyri-rəsmi nikahda yaşadığı 1994-cü il təvəllüdlü Tacirə Salmanovanı qəsdən öldürmək qərarına gəlib.

Təqsirləndirilən şəxs 2023-cü il avqustun 6-da Tacirə Salmanovanı Bakı şəhəri Nərimanov rayonu ərazisində birgə kirayədə yaşadıqları evdə övladlarının gözü qarşısında qətlə yetirib. İstintaqla müəyyən edilib ki, o, qadının bədəninin müxtəlif nahiyələrinə xüsusi amansızlıqla ümumilikdə 25 bıçaq zərbəsi vurub.

Qeyd edək ki, Teymur Məmmədov əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 4 dəfə həbsdə olub. O, sonuncu dəfə azadlığa çıxandan 4 gün sonra Tacirə Salmanovanı qətlə yetirib. Teymur Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci və 120.2.4-cü – xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən adam öldürmə maddələri ilə ittiham irəli sürülüb.

Banner
Uzun illər tək yaşayan kişinin meyiti qonşular tərəfindən aşkarlandı - ƏSAS XƏBƏR

Uzun illər tək yaşayan kişinin meyiti qonşular tərəfindən aşkarlandı - ƏSAS XƏBƏR

Hadisə
28 oktyabr 2026 431 baxış
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 431 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 431 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 431 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 431 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 431 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 431 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 431 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 431 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 431 baxış
Seçilmişlər
icon