Bloger "Nikosayağı"nın düşdüyü dəhşətli qəzanın təfərrüatı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, idarəetməni itirən "Porsche" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini yük maşınına çırpıb. Minik avtomobili yararsız vəziyyətə düşüb.
İlkin məlumata görə, minik avtomobilini "Nikosayağı" kimi tanınan bloger Nicat Şakirli idarə edib. O və avtomobildə olan digər sərnişin ağır xəsarətlər alaraq xəstəxanaya çatdırılıb. Əraziyə polis əməkdaşları cəlb edilib.
Hadisə nəticəsində xəsarət alan vətəndaş 29 yaş Nicat Şakirli sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə, Fəxri Rüstəmov sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar. Onlara zəruri tibbi xidmət göstərilib. Qəza nəticəsində 1 nəfərin isə öldüyü bildirilib.
Həmçinin Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, hadisə vaxtı yolda hərəkəti tənzimləyən polis əməkdaşını da avtomobil vurub. O, ayağından xəsarət alıb.
#Nicat Şakirli (Nikosayağı) teqi istifadə olunub
- Bloger Nikosayağı-nın Porsche-si ilə bağlı saytda elan paylaşıldı
- 5 illik həbs edilən “Nikosayağı” danışdı | Bir daha üzr istəyirəm ki...
- Nikosayağının vəkilindən təsirli çıxış | Məhkəmədən görüntülər
- “Nikosayağı”nın məhkəməsində nələr oldu? - Anbaan görüntülər
- “Nikosayağı”ya hökm oxundu, Xankəndi ermənisi danışdı, Separatçılarla təkbətək görüş
