Hadisə
Pleyeri seçin:

Borca görə sevgilisinə qəsd edən Günelə hökm oxundu

06 iyun 2023

2018-ci il oktyabrın 20-si saat 22:00 radələrində Xırdalan şəhəri, Heydər Əliyev parkında xidmətdə olarkən Abşeron Rayon Polis İdarəsinin əməkdaşları yerdə uzanıqlı vəziyyətdə naməlum şəxsin meyitini aşkar ediblər.

Araşdırma zamanı məlum olub ki, öldürülən şəxs Ramiz Hüseynovdur. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Ramiz Hüseynovun ölümünə ürəyin yaralanmasından törənən kəskin qanitirmə səbəb olub. 2 gün sonra şübhəli şəxs qismində saxlanılan Bakı şəhər sakini Günel Qasımova barəsində həbs qətimkan tədbiri seçilib. Məlum olub ki, G.Qasımova 2010-cu ildə Daxili İşlər Nazirliyində inspektor vəzifəsində çalışıb və 2016-cı ilin yanvarın 13-də öz ərizəsi ilə xidmətdən xaric edilib.

İstintaqla müəyyən edilib ki, G.Qasımova 2013-cü ildən sevgi münasibətində olduğu Ramiz Hüseynova 2018-ci ildə ayrı-ayrı vaxtlarda ümumilikdə 2 000 manat məbləğində borc pul verib. Həmin il oktyabrın 10-u saat 21:00 radələrində qadın həmin şəxsə zəng edib, Xırdalan şəhərində görüşməyi təklif edib. Yasamal rayonunda yaşadığı evdən çıxarkən həyat yoldaşı Rəhim Qasımovu aldadıb, ona rəfiqəsinin avtomobil qəzası törətməsini deyib. Daha sonra Xırdalan şəhərinin Heydər Əliyev prospektinə gəlib və R.Hüseynovla görüşüb. Pul borcunu qaytarmaması ilə əlaqədar aralarında yaranan mübahisə zamanı qadın üzərindəki kəsici alətlə ürək nahiyəsinə zərbə vuraraq R.Hüseynovu qəsdən öldürüb.

İş üzrə dindirilmiş G.Qasımova bildirib ki, 2004-cü ildən ailəlidir, həyat yoldaşı Azərbaycan Şahmat Federasiyasında işləyir, bir övladı var. Onların münasibətindən Ramizin arvadı Güldərya Bayramovanın və bacısı Xəyalənin də xəbərləri olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Qasımova cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum olunub.

Abşeronda avtomobilin vurduğu piyada canından oldu

Abşeronda avtomobilin vurduğu piyada canından oldu

Hadisə
26 aprel 2024
Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib

Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib

Hadisə
26 aprel 2024
"Ölümü"nü səhnələşdirən şirkət rəhbərinə hökm oxundu

"Ölümü"nü səhnələşdirən şirkət rəhbərinə hökm oxundu

Hadisə
25 aprel 2024
Lənkəranda avtomobil hasara çırpıldı | Sürücü xəsarət aldı

Lənkəranda avtomobil hasara çırpıldı | Sürücü xəsarət aldı

Hadisə
25 aprel 2024
Xocalıda aşkarlanan insan qalıqlarının sayı səkkizə çatdı

Xocalıda aşkarlanan insan qalıqlarının sayı səkkizə çatdı

Hadisə
25 aprel 2024
FHN Ceyranbatan kanalında batan İbrahimlə bağlı görüntülər yaydı

FHN Ceyranbatan kanalında batan İbrahimlə bağlı görüntülər yaydı

Hadisə
25 aprel 2024
Sosial şəbəkələrdə, mağazalarda satılan soyuq silahlarla bağlı DİN-dən xəbərdarlıq

Sosial şəbəkələrdə, mağazalarda satılan soyuq silahlarla bağlı DİN-dən xəbərdarlıq

Hadisə
25 aprel 2024
İşıq pulu üstündə düşən mübahisə qanla bitdi | Nəsimidə dəhşətli qətl

İşıq pulu üstündə düşən mübahisə qanla bitdi | Nəsimidə dəhşətli qətl

Hadisə
25 aprel 2024
Bakıda yanğın oldu, hamı təxliyə olundu | Şahidlər danışdı

Bakıda yanğın oldu, hamı təxliyə olundu | Şahidlər danışdı

Hadisə
24 aprel 2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi etdi

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi etdi

Hadisə
24 aprel 2024
Seçilmişlər
icon