Bu obyektdə görün nələr aşkarlandı | FHN sexi bağladı
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Az Filter” MMC-yə məxsus filtr istehsalı sexində yoxlama keçirilib.
Məlum olub ki, obyektdə quraşdırılan avtomatik yanğınsöndürmə sistemləri (sprinkler) daimi su mənbəyi ilə təmin olunmayıb, obyektdə yanğın su hovuzu mövcud deyil və daxili yanğın kranları quraşdırılmayıb, elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, obyektin müəyyən yerlərində yanar üzlüklərdən istifadə olunub, istehsalat və anbar sahələrində yanar materialdan istifadə edilərək otaqlar quraşdırılıb, anbar sahəsində mallar “Yanğın təhlükəsizliyi Qaydaları”nın tələblərinə uyğun yığılmayıb, obyektin ərazisi yanar tullantılardan təmizlənməyib, obyektin tikinti layihə sənədləri Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.
Nazirlik bildirib ki, bu vəziyyət insanların həyatı və sağlamlığı üçün ciddi təhlükə yaradır. Nəticədə müəssisənin fəaliyyətinin müvəqqəti dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim olunub.
#Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) teqi istifadə olunub
- Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV
- Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV CANLI
- SOCAR-ın neft emalı zavodunda şərti yanğın söndürüldü, tapşırıqlar verildi - Baku TV
- Bakıda yaşayış binasında dəhşətə gətirən yanğın baş verdi - Baku TV CANLI
- Bakıda yaşayış binasında qorxulu anlar yaşandı | Hadisə yerindən görüntülər - Baku TV
