Pleyeri seçin:

Büdcəni talayan sabiq baş həkim və köməkçisinə hansı cəza verildi?

13 iyun 2024 804 baxış

“Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin sabiq direktoru Cəlil Nəzərov və köməkçisi Təranə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu prosesdə Cəlil Nəzərova 9 il 6 ay müddətinə cəza təyin olunsa da, onunla bağlı Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq yekun 3 il sınaq müddəti ilə şərti cəza təyin olunub. Onunla birgə ittiham edilən köməkçisi Təranə Əliyeva barəsində isə 4 il müddətinə azadlığı məhdudlaşdırılmaqla elektron qolbaq tətbiq edilib.

Qeyd edək ki, xəstəliyi ilə bağlı azadlığa buraxılan Cəlil Nəzərov Lənkəran Ağır Cinayətlər Məhkəməsinə təcili yardım avtomobilində xərəkdə gətirilib. 2023-cü ilin əvvəlində “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin sabiq direktoru olan Cəlil Nəzərovun məhkəmə istintaqı səhhətinin pisləşməsi ilə bağlı dayandırılıb.

Prokuror təqsirləndirilən Cəlil Nəzərovun 12 il 6 ay, Təranə Əliyevanın isə 9 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.

İttihama görə, Cəlil Nəzərovun qeyd olunan vəzifədə işləyərkən tabeliyində olan şəxslə qabaqcadan əlbir olaraq 2007-2020-ci illər ərzində xəstələrə əlillik dərəcəsinin təyin olunması müqabilində ümumilikdə 321 nəfərdən 400 min manat pul vəsaitini təkrarən rüşvət qismində almasına və rəhbərlik etdiyi tibb müəssisəsinin maddi-texniki təminatı üçün dövlət büdcəsindən ayrılmış 275 min manatı mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Sabiq baş həkimin köməkçisi Təranə Əliyeva isə ümumilikdə 34 nəfərdən 52 min manat rüşvət almaqda təqsirləndirilir. Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılaraq barələrində həbs qətimkan tədbiri görülüb.

İbtidai istintaq zamanı vurulmuş ziyanın təmin edilməsi məqsədilə Cəlil Nəzərova məxsus Masallı rayonu ərazisində yerləşən daşınmaz əmlaklar üzərinə həbs qoyulub. Qərara görə, zərərçəkənlərə dəymiş ziyan isə ona tətbiq edilmiş şərti cəza müddətində tam ödənilməlidir.

Quba-Qonaqkənd yolunda qorxulu vəziyyət: Sürücülər nə etməlidir? - Baku TV CANLI

Quba-Qonaqkənd yolunda qorxulu vəziyyət: Sürücülər nə etməlidir? - Baku TV CANLI

Hadisə
22 sentyabr 2026 804 baxış
Asfalt çatladı, yol sürücülər üçün təhlükəyə çevrildi | Quba–Qonaqkənd yolunda son durum - Baku TV

Asfalt çatladı, yol sürücülər üçün təhlükəyə çevrildi | Quba–Qonaqkənd yolunda son durum - Baku TV

Hadisə
22 sentyabr 2026 804 baxış
Maştağada partlayışa görə evə ziyan dəyib, iki nəfər xəsarət alıb

Maştağada partlayışa görə evə ziyan dəyib, iki nəfər xəsarət alıb

Hadisə
22 sentyabr 2026 804 baxış
COVID dövrünün sirri üzə çıxdı? - Qəbiristanlıqda qorxulu mənzərə - Baku TV CANLI

COVID dövrünün sirri üzə çıxdı? - Qəbiristanlıqda qorxulu mənzərə - Baku TV CANLI

Hadisə
22 sentyabr 2026 804 baxış
"Xəbəri olmadan mətbəxə girib, elə o anda..." | Maştağada qorxulu partlayış: 2 nəfər... - Baku TV

"Xəbəri olmadan mətbəxə girib, elə o anda..." | Maştağada qorxulu partlayış: 2 nəfər... - Baku TV

Hadisə
22 sentyabr 2026 804 baxış
TƏCİLİ: Maştağada fərdi yaşayış evində partlayış baş verdi - Baku TV CANLI

TƏCİLİ: Maştağada fərdi yaşayış evində partlayış baş verdi - Baku TV CANLI

Hadisə
22 sentyabr 2026 804 baxış
Bakıda ağır qəza: “Mercedes” yol kənarında dayanan “Kamaz”a çırpıldı - Baku TV

Bakıda ağır qəza: “Mercedes” yol kənarında dayanan “Kamaz”a çırpıldı - Baku TV

Hadisə
22 sentyabr 2026 804 baxış
Ağdaşda bədbəxt hadisə | Tir tüfəngi ilə qonşusuna xəsarət yetirdi - Baku TV

Ağdaşda bədbəxt hadisə | Tir tüfəngi ilə qonşusuna xəsarət yetirdi - Baku TV

Hadisə
22 sentyabr 2026 804 baxış
Lənkəranda mübahisə qanla bitdi | Yeniyetmə xəstəxanada həyatını itirdi - Baku TV

Lənkəranda mübahisə qanla bitdi | Yeniyetmə xəstəxanada həyatını itirdi - Baku TV

Hadisə
22 sentyabr 2026 804 baxış
Yeniyetmə döyüldü, xəstəxanada həyatını itirdi - 24 SAAT

Yeniyetmə döyüldü, xəstəxanada həyatını itirdi - 24 SAAT

Hadisə
21 sentyabr 2026 804 baxış
Seçilmişlər
icon