Pleyeri seçin:
Çaqqal 5 nəfəri yaraladı | Zaqatalada hadisə
Zaqatalanın Muxax kəndində dərsə gedən 2 şagird və daha 3 nəfər çaqqal hücumuna məruz qalıb.
Hadisə şahidinin sözlərinə görə, çaqqal kənd sakinləri tərəfindən öldürülüb:
“Uşaqların səsinə yola çıxdım. Gördüm ki, çaqqal onların üzərinə cumub. Onu uzaqlaşdırmaq istəyəndə mənim üzərimə hücum etdi. Daşla vurdum, təpiklədim, amma xeyri olmadı. Bir az keçəndən sonra uzaqlaşdı. Yoldan aşağı gedəndə də qonşular öldürüblər”.
Hər iki şagird və digər kənd sakinlərinə Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) müvafiq yardım göstərilib, ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Qeyd edək ki, 10 min nəfərə yaxın sakini olan Muxax kəndində əvvəllər də vəhşi heyvanların insanlara hücum çəkməsi və xəsarət yetirməsi halları baş verib.
Kopyalandı
#Zaqatala teqi istifadə olunub
- “Kilosunda heç 20 qəpik xeyir qalmır” | Zaqatalalı fermerlər çıxılmaz durumda - Baku TV
- Cəlilabad və Zaqatalada heyvan bazarlarının fəaliyyətinə icazə verildi - Baku TV
- Bu kəndə giriş kimlər üçün bağlıdır? - KƏNDİNƏ QAYIT
- Bağçada baş verən hadisənin detalları niyə açıqlanmır? - Baku TV
- Bağçada dəhşətə gətirən hadisə | "2 aydır həkimlərdəyik, dedilər ki, başına..." - Baku TV
