Çay evində tanışını qətlə yetirən şəxsin cinayət işi
Yeniliklərdən dərhal xəbərdar olun
Çay evində tanışını qətlə yetirən Turxan İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hadisə 2019-cu il sentyabrın 3-də 6-cı mikrorayondakı Dəfnə çay evində baş verib.
İstintaqla müəyyən edilib ki, Turxan İsmayılov ov bıçağını şalvarının kəmərinə keçirərək, tanışları Anar Məmmədov, Coşqun Əliyev və Əflan İskəndərovla birlikdə “Mercedes” markalı avtomobillə 6-cı mikrorayonda yerləşən Dəfnə çay evinə gəlib. Orada əvvəlcədən sifariş etdikləri otağa keçdikdən sonra Əflan İskəndərovun telefonla danışarkən, nalayiq ifadələr işlətməsini bəhanə edib, onunla mübahisə etməyə başlayıb. Əsaslı səbəb olmadan, üzərindəki bıçağı çıxarıb, Ə.İskəndərovun qarın nahiyəsinə güclü zərbə vurub və onu həyatdan məhrum edib.
Məhkəmə iclasında Turxan İsmayılov ittiham üzrə özünü qismən təqsirli bilərək, əməlindən peşman olmasını qeyd edib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Turxan İsmayılov 19 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.
#Qətl hadisəsi teqi istifadə olunub
- "Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- "Səs-küyə çıxdıq ki..." | Üç tanışın arasında yaranan münaqişə faciə ilə nəticələnib - Baku TV
- Tovuzda tanışlar arasında mübahisə ölümlə nəticələnib - Baku TV CANLI
- Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni təfərrüatları məlum olub - Baku TV CANLI
