Cəlilabadda ağır qəza: ölən və yaralananlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Köhnə Ələt-Astara yolunun 125-ci kilometrliyində, Cəlilabadın Allar kəndi ərazisində ağır yol qəzası baş verib.
Biləsuvar istiqamətindən hərəkət edən “VAZ-2107” markalı minik avtomobili qarşıdan gələn “Mitsubishi” markalı maşınla toqquşub.
Çiskinli hava şəraitində baş verən qəzada “VAZ-2107”də olan sürücü və dörd sərnişin, eləcə də digər avtomobilin sürücüsü müxtəlif dərəcəli xəsarətlər alıblar.
Qəza nəticəsində 36 yaşlı Ülkər Səmədova, 59 yaşlı Zemfira Ağayeva, 37 yaşlı Rəşad Rzayev, 30 yaşlı Şövqi Qasımlı və Mehrac Qəhrəmanov xəsarət alıblar. Digər sərnişin Biləsuvarın Xırmandalı kənd sakini, 32 yaşlı Xosrov Cəfərli isə aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, yaralılardan biri Reanimasiya şöbəsinə yerləşdirilib, birinin isə əməliyyatı davam edir. Digər 3 xəstənin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Baş vermiş qəza ilə bağlı hadisə yerində ilkin araşdırmalar aparılıb. Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi açılıb.
#Cəlilabad teqi istifadə olunub
- "Bura Cənubi Qafqazın Mesopotamiyasıdır" | Cəlilabadda İlk Tunc dövrünə aid nümunələr tapıldı
- “Onda canla-başla kömək edərəm ki...” - Əhalinin etirazına bələdiyyə sədri nə cavab verdi? - Baku TV
- Cəlilabadda illərdir hökm sürən yol problemi niyə həll edilmir? - Baku TV CANLI
- “Evimi satım ki, “turba” alacağam?!” | Sakinlər etiraz etdi | “Çör-çöplə yemək bişiririk” - Baku TV
- “Kənddə qalanların çoxu köçdü, getdi” | Bir vaxtlar 40 ev olan kənd niyə bu qədər boşalıb?
