Cəlilabadda dəhşətli hadisə | 15 yaşlı qız həyatını itirdi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Cəlilabad rayonunda qətl hadisə baş verib.
Rayonun Üçtəpə kənd sakini, 49 yaşlı Əli Hüseynbala oğlu Nağıyev yaşadığı ünvanda qardaşının azyaşlı övladlarına balta ilə hücum edib.
Hadisə nəticəsində 14 yaşlı Nağıyev Hüseyn Musa oğlu və 15 yaşlı Nağıyeva Həqiqət Musa qızı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.
Məlumata görə, hadisəni törədən şəxs sonradan həyətə çıxaraq qonşularına qardaşının uşaqlarına xəsarət yetirdiyini bildirib.
Qonşuların köməyi ilə yaralılar təcili tibbi yardım vasitəsilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, 15 yaşlı Həqiqətin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, hadisə zamanı uşaqların anası evdə olmayıb. Ataları Musa Nağıyev isə hazırda Dağıstanda muzdlu işdə çalışır. Məlumata görə, iki qardaş eyni həyətdə, eyni ünvanda yaşayırmış.
Cinayət əməlini törətməkdə şübhəli bilinən Əli Nağıyev Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Bildirilir ki, o da bir müddət Dağıstanda işləyib və əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.
#Cəlilabad teqi istifadə olunub
- "Bura Cənubi Qafqazın Mesopotamiyasıdır" | Cəlilabadda İlk Tunc dövrünə aid nümunələr tapıldı
- “Onda canla-başla kömək edərəm ki...” - Əhalinin etirazına bələdiyyə sədri nə cavab verdi? - Baku TV
- Cəlilabadda illərdir hökm sürən yol problemi niyə həll edilmir? - Baku TV CANLI
- “Evimi satım ki, “turba” alacağam?!” | Sakinlər etiraz etdi | “Çör-çöplə yemək bişiririk” - Baku TV
- “Kənddə qalanların çoxu köçdü, getdi” | Bir vaxtlar 40 ev olan kənd niyə bu qədər boşalıb?
