Cəlilabadda gənclər arasında mübahisə | 17 yaşlı yeniyetmə bıçaqlandı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Gənclər arasında yaranan mübahisə qanlı hadisə ilə nəticələnib.
İnsident Cəlilabad rayonunun mərkəzində, insanların kütləvi şəkildə bayram gəzintisinə çıxdığı zaman baş verib.
Şahidlərin bildirdiyinə görə, əvvəlcə tərəflər arasında sözlü mübahisə yaranıb. Daha sonra vəziyyət gərginləşib. Nəticədə Cəlilabad rayonunun Uzuntəpə kənd sakini, 17 yaşlı Məhəmməd Əsgərli müxtəlif dərəcəli bıçaq xəsarətləri alıb.
Ərazidə olan vətəndaşların köməkliyi ilə yaralı dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona döş qəfəsinin sağ yarısının daxilə nüfuz etməyən kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilib. Zəruri tibbi yardım göstərildikdən sonra yaralı ambulator müalicə üçün evə buraxılıb.
Hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub. Ərazi nəzarətə götürülüb, şahidlərin izahatları alınıb və ilkin araşdırmalara başlanılıb. Əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
#Cəlilabad teqi istifadə olunub
- "Bura Cənubi Qafqazın Mesopotamiyasıdır" | Cəlilabadda İlk Tunc dövrünə aid nümunələr tapıldı
- “Onda canla-başla kömək edərəm ki...” - Əhalinin etirazına bələdiyyə sədri nə cavab verdi? - Baku TV
- Cəlilabadda illərdir hökm sürən yol problemi niyə həll edilmir? - Baku TV CANLI
- “Evimi satım ki, “turba” alacağam?!” | Sakinlər etiraz etdi | “Çör-çöplə yemək bişiririk” - Baku TV
- “Kənddə qalanların çoxu köçdü, getdi” | Bir vaxtlar 40 ev olan kənd niyə bu qədər boşalıb?
