Pleyeri seçin:
Cəlilabadda qorxunc hadisə | Bacı və qardaş arasındakı məsələ faciə ilə bitdi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Cəlilabadın Adnalı kəndində ailə mübahisəsi qanla nəticələnib.
Kənd sakini, 43 yaşlı Şəfəq Əsgərova qardaşı, 46 yaşlı Nurəddin Əsgərovu bıçaqlayıb.
Xəsarət alan N.Əsgərov ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Ona döş qəfəsinin və sol aşağı ətrafın kəsilmiş yarası diaqnozu təyin olunub və zəruri ilkin tibbi yardımlar göstərilib. Onun müalicəsi hazırda Cərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyətinin stabil olduğu bildirilir.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Şəfəq Əsgərova polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bacı ilə qardaş arasında illərdir ki, mülk üstündə dava olduğu bildirilir.
Kopyalandı
#Cəlilabad teqi istifadə olunub
- "Bura Cənubi Qafqazın Mesopotamiyasıdır" | Cəlilabadda İlk Tunc dövrünə aid nümunələr tapıldı
- “Onda canla-başla kömək edərəm ki...” - Əhalinin etirazına bələdiyyə sədri nə cavab verdi? - Baku TV
- Cəlilabadda illərdir hökm sürən yol problemi niyə həll edilmir? - Baku TV CANLI
- “Evimi satım ki, “turba” alacağam?!” | Sakinlər etiraz etdi | “Çör-çöplə yemək bişiririk” - Baku TV
- “Kənddə qalanların çoxu köçdü, getdi” | Bir vaxtlar 40 ev olan kənd niyə bu qədər boşalıb?
