Hadisə
Pleyeri seçin:
Cəlilabadda yanğın hadisəsi | Evdəki bütün əşyalar külə döndü
Mayın 26-da Cəlilabad rayonunun Şorbaçı kəndində yanğın olub.
Hadisə Mənsurovlar ailəsinə məxsus birmərtəbəli, 110 kv/m sahəsi olan fərdi yaşayış evində baş verib.
Şahidlərin sözlərinə görə, səhər saatlarında qeydə alınan yanğın evin tavan hissəsindən başlayıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub və yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.
Hadisənin köhnə elektrik naqillərində yaranan qısaqapanmadan qaynaqlandığı ehtimal olunur.
Kopyalandı
Seçilmişlər