Daha bir neçə onlayn qumar şəbəkəsi ifşa olundu
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (DİN Kiberpolisi) tərəfindən onlayn qumar və mərc oyunları şəbəkələrinə qarşı əməliyyat-texniki tədbirlər həyata keçirilib. Əməliyyatlar nəticəsində 5 nəfər (Həsən Səbili, Orxan İbrahimli, Taleh Ağayarov, Salman Cəfərov və Rauf Hüseynov) saxlanılıb. Bu şəxslər ölkədən kənarda yaradılan "7isles", "fastloto.com", "chcplay.net" kimi internet saytlarının idarəçiləri ilə əlbir olublar. Onlar sosial şəbəkələrdə "Ambassador", "Kazino 555", "VİP 888", "Shangrila" və digər səhifələr açaraq yerli vətəndaşları mərc oyunlarına cəlb ediblər. Baxış zamanı ofis və mənzillərdən elektron sübutlar, bank kartları və çoxsaylı mobil nömrələr aşkar edilib. Həmçinin, dəstə üzvlərinin qanunsuz pulköçürmə əməliyyatları üçün başqa şəxslərdən bank kartları aldıqları müəyyənləşib. Faktlarla bağlı cinayət işləri başlanılıb.
#Cinayət işi teqi istifadə olunub
- Məhkəmənin ilk baxış iclası oktyabrın 5-nə təyin edilib
- Son dəqiqə: Ramiz Mehdiyevin məhkəmə iclasının vaxtı dəyişdi - Baku TV
- Qısqanclıq faciəyə çevrildi | Təqsirləndirilən qardaşa ağır cəza - Baku TV
- Qətli törətməkdə ittiham olunan ata və qızının məhkəməsi keçirildi - Baku TV
- 23 yaşlı tələbənin qətlində ittiham onunan şəxsin məhkəməsi keçirildi - Baku TV
