Daşkəsəndə təhlükə yaradan yanacaqsaxlama çəni bağlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Daşkəsən rayonunda yanacaqsaxlama çəninin istismarı dayandırılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, Gurbulaq kəndində yerləşən yanacaqsaxlama çənində növbədənkənar yoxlama aparılıb, insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
Belə ki, istismar olunan bir ədəd yanacaqsaxlama çəninin üzərində nəfəslik klapanının quraşdırılmadığı, boşalma zamanı avtoçənin ümumi torpaqlama konturuna birləşdirmə vasitəsinin olmadığı müəyyənləşib.
Nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq yanacaqsaxlama çəninin istismarı dayandırılıb.
#Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) teqi istifadə olunub
- Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV
- Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV CANLI
- SOCAR-ın neft emalı zavodunda şərti yanğın söndürüldü, tapşırıqlar verildi - Baku TV
- Bakıda yaşayış binasında dəhşətə gətirən yanğın baş verdi - Baku TV CANLI
- Bakıda yaşayış binasında qorxulu anlar yaşandı | Hadisə yerindən görüntülər - Baku TV
