"Dava qızışıb, yeniyetmə də onları..." | Məmmədlidə qandonduran qətl hadisəsi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonunun Məmmədli qəsəbəsində, İlqar Abdullayev küçəsində qətl hadisəsi baş verib.
Belə ki, 21 yaşlı İbrahim Həmidov həmin ərazidə yaşayan qonşusu Əli Muxtarovla mübahisə edib. Mübahisəyə Əli Muxtarovun 17 yaşlı oğlu da qoşulub və yeniyetmə kəsici alətlə İbrahim Həmidova xəsarət yetirib.
Daha sonra İbrahim Həmidovun qayını, 42 yaşlı Səbuhi Mamedov tərəfləri ayırmaq üçün araya girib. Bu zaman 17 yaşlı yeniyetmə ona da kəsici alətlə xəsarət yetirib.
Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Lakin Səbuhi Mamedovun həyatını xilas etmək mümkün olmayıb. İbrahim Həmidovun vəziyyəti isə ağır olaraq qalır.
Məlumata görə, münaqişə pul məsələsi ilə bağlı olub. Qonşular bildirirlər ki, Əli Muxtarovla İbrahim Həmidov arasında bu məsələ ilə əlaqədar əvvəllər də mübahisələr yaşanıb.
Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən əməliyyat-istintaq tədbirləri keçirilib, rayon prokurorluğunda cinayət işi başlanıb. Əli Muxtarov və onun 17 yaşlı oğlu şübhəli şəxs qismində saxlanılıb.
#Abşeron teqi istifadə olunub
- Sakinlər zibil tullantılarının yaratdığı mənzərədən narazıdır | Problem nə vaxt həll olunacaq?
- Abşeronda illərdir həll olunmayan yol dərdi | Bu problemə kim əncam çəkəcək? - 24 SAAT
- "Partlayış həmin an oldu" | Abşeronda dəhşət | “Atam ağır dərəcədə yanıb, anam da...” - Baku TV
- Abşeronda evdə partlayış: yaralıların vəziyyəti haqqında TƏBİB-dən açıqlama - Baku TV CANLI
- Hökməli sakinləri içməli suya görə niyə pul ödəməli olur? - 24 SAAT
