Pleyeri seçin:
Dəmir yolunda 22 ədəd metal tor oğurlandı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Dəmir yolları xəttinin Sabunçu rayonu Pirşağı-Zabrat mənzilinin 25-ci kilometrliyində təhlükəsizliyin təmin olunması məqsədilə dəmir yolunun kənarına çəkilən 22 ədəd əlvan metaldan olan tor naməlum şəraitdə oğurlanıb.
Daxili İşlər Nazirliydən verilən məlumata görə, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Kamran Loğmanov qısa zamanda saxlanılıb. Həmin şəxsin oğurladığı dəmir torlar isə aşkarlanaraq maddi sübut kimi götürülüb.
Kopyalandı
