Dəqiq məlumat vermədilər bizə... | Nərimanovdakı hasarın uçmasına səbəb nədir?
Gün ərzində yağan aramsız yağışlar nəticəsində Nərimanov rayonu, Malik Məmmədov küçəsində daş hasar uçaraq yaxınlıqda yerləşən qaz borusunun üzərinə tökülüb.
Nəticədə binaya mavi yanacağın verilməsi dayandırılıb. Hazırda aidiyyəti qurumun əməkdaşları tərəfindən ərazidə qaz xəttinin bərpası istiqamətində işlər görülür.
Vətəndaşlar iddia edirlər ki, hasarın uçmasına sadəcə aramsız yağan yağışlar deyil, yaxınlıqda yerləşən “Azərişıq” ASC-nin su borusunun partlaması səbəb olub.
“Səsi eşidib məhəlləyə çıxdıq, gördük ki, hasar uçub. Sən demə, su borusu partlayıb. Mənim evimə gedən qaz borusu yerdədir, artıq 6 saatdır ki, qaz yoxdur. Bütün yol daş-kəsək ilə dolmuşdu, “Azərışığ”ın nümayəndələri gəlib təmizlədilər”, – deyə sakin bildirib.
Məsələ ilə bağlı “Azərişıq”dan bildirilib ki, vətəndaşların səsləndirdikləri iddialar həqiqəti əks etdirmir. Ərazidə “Azərişığ”a məxsus hər hansı su xətti yoxdur.
#Nərimanov rayonu teqi istifadə olunub
- Piyadaların hərəkətində çətinliklər yarandı
- Bu yoldan keçmək əsl zülmə çevrilib | Nərimanovda sakinlərin səbri tükəndi - Baku TV
- Bakıda yarımçıq qalan daha bir yol problemi - Baku TV CANLI
- Aprel ayından aparılan təmir işləri niyə yekunlaşmır?
- Asfaltı qazıb getdilər, sakinlər əziyyət çəkir | Aylardır qazılan yol niyə bərpa olunmur? - Baku TV
