Pleyeri seçin:

Dostunu ölümə göndərən kikboksçu qız - SONUNCU ŞAHİD

24 iyun 2023 160 baxış

Kikbokçu qıza görə kafedə qətl törədilib.

Belə ki, Rəhimə İsmayılova (ad, soyad şərtidir) uzun müddət arzusunda olduğu idman zalını icarəyə götürür. Rəhimə fəaliyyətə başladığı ilk günlərin birində məşqdən sonra zalın yuyunma otağına keçib, suyun gəlmədiyini görür və əsəbiləşərək zalın sahibi Nicata zəng edir. Nicat tələsik halda bütün işlərini kənara qoyub zala gəlir. Su sayğacını və su borularını yoxladıqdan sonra problemi aradan qaldırır. Bununla da Rəhiməyə sübut edir ki, böyüdüləcək məsələ yoxdur.

Rəhimə və Nicatın arasında yaşanan anlaşılmazlıq daha sonra mübahisəyə çevrilir. Nicat isə Rəhiməyə bir də onu narahat etməməsini deyir. Həmin gün Rəhimə dostu Xaliqlə görüşərkən olanları ona danışır. Xaliq isə bir daha belə hal baş verəcəyi halda ona bu barədə məlumat verməsini tapşırır.

Daha sonra Rəhimə Nicata mesaj yazaraq su kranında sızma olduğunu və problemin davam etdiyini bildirir. Nicat isə əsəbiləşərək onu zaldan çıxarmaqla hədələyir. Onların arasında qeyri-etik söz savaşı başlayır və mübahisə böyüyür.

Ardınca Rəhimə Xaliqlə görüşərək baş verənləri ona danışır. Xaliq isə Nicatla söhbət etmək qərarına gəlir. Onlar kafelərdən birində görüşür və aralarında mübahisə yaranır. Xaliq belində gizlətdiyi silahı çıxararaq ona tərəf doğruldarkən Nicat əlinə vuraraq tapançanı yerə salır. Daha sonra silahı götürərək, Xaliqə ard-arda atəş açır. Aldığı güllə yaralarından Xaliq yerindəcə həyatını itirir.

Banner
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 160 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 160 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 160 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 160 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 160 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 160 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 160 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 160 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 160 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 160 baxış
Seçilmişlər
icon