Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən şəxslər hakim qarşısında | Məhkəmədə nələr yaşandı?
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət əleyhinə çağırışlarda təqsirləndirilərək saxlanılan Zaur Əsgərov və Gündüz Mirzəyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edərək Zaur Əsgərovun və Gündüz Mirzəyevin hər birinin 7 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Çıxış üçün söz vəkillərə verilsə də, onlar buna hazır olmadıqlarından məhkəmədən vaxt istəyiblər. Növbəti proses iyunun 5-nə təyin edilib.
Qeyd edək ki, Zaur Əsgərov və Gündüz Mirzəyev martın 7-də saxlanılıblar. Onlara Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq İdarəsində aparılıb.
#Bakı Ağır Cinayətlər Məhkəməsi teqi istifadə olunub
- Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV
- Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV
- Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV
- Dövlətə xəyanət və hakimiyyəti ələ keçirmə | Məhkəmə hansı qərarı verdi? - Baku TV CANLI
- "Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV
