DTX-dən xüsusi əməliyyat | Bu şəxs illərdir fərqli ölkələrdə görün necə gizlənirmiş - Baku TV
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən davam etdirilən antiterror və əməliyyat-axtarış tədbirləri çərçivəsində 2009-cu ildən beynəlxalq axtarışa verilmiş Ağalarov Namiq Rəşid oğlunun saxlanılaraq Azərbaycana gətirilməsi və istintaqa cəlb olunması təmin edilib.
Bu barədə DTX-dan məlumat verilib.
Bildirilib ki, Namiq Ağalarov 2008-2009-cu illərdə Əfqanıstan, Pakistan və digər ölkələrdə qanunsuz silahlı birləşmələrin tərkibində BMT mandatlı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin şəxsi heyətinə silahlı pusquların qurulması, məsafədən partlayıcı qurğuların tətbiqi və beynəlxalq təşkilatların nümayəndələrinə, habelə beynəlxalq missiya yerinə yetirən müxtəlif ölkə vətəndaşlarına, eləcə də logistika şəbəkələrinə qarşı silahlı hücum əməliyyatlarının təşkilində iştirakda ittiham edilir.
Ötən illər ərzində məsuliyyətdən yayınmaq üçün müxtəlif adlar altında ayrı-ayrı ölkələrdə gizlənmiş Namiq Ağalarovun eyni zamanda cihad və radikal dini təbliğat fəaliyyəti ilə də məşğul olduğuna dair məlumatlar mövcuddur.
#Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) teqi istifadə olunub
- DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxalayıb - Baku TV
- Təqsirləndirilən şəxslərin xarici rəsmilərin güdülməsinə cəlb olunduğu bildirilib - Baku TV
- İtkinlərin taleyinin aydınlaşdırılması üçün İrəvandan konkret addım gözlənilir - Baku TV
- DTX saxta mesaj və hesablarla bağlı xəbərdarlıq edir - Baku TV
- "Müdafiə sektorunda kibertəhlükəsizlik" adlı sektorial görüş keçirildi - Baku TV
